Fransa Senatı iyunun 1-də Çində uyğur əhalinin məcburi əməyi nəticəsində əldə edilən məhsulların ölkəyə idxalını qadağan edən qətnamə qəbul edib.
Senat iddia edir ki, Çin Sincan bölgəsindəki uyğurları məcburi əməyə cəlb edərək onların hüquqlarını kobud şəkildə pozur.
Məlumat üçün əlavə edək ki, türk kökənli xalq olan uyğurların böyük əksəriyyəti Çinin Sincan-Uyğur Muxtar Bölgəsində yaşayırlar.
Mənbə: Senat.fr
www.102info.az