Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban”la İran rəsmiləri arasında davam edən danışıqlarda müəyyən irəliləyiş əldə edilib.
Bu açıqlama ilə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian çıxış edib.
“İranın Kabilə əzam edilən xüsusi nümayəndəsi Həsən Kazemi Qumi İranın Hilmənd çayının sularına çıxışı ilə bağlı müsbət nəticələr əldə edib. Həmçinin Kabil bizi əmin edib ki, mayın 27-də sərhəddə baş verən toqquşmalar Əfqanıstan tərəfinin təşəbbüsü ilə baş verməyib”, – deyə Hüseyn Əmir-Abdullahian vurğulayıb.
İran XİN başçısı əlavə edib ki, İranın və Əfqanıstanın müştərək nöqtələri həddindən artıq çoxdur və düşmənlər bundan istifadə edərək qardaş xalqlar arasında düşmənçilik toxumları səpməkdə maraqlıdırlar.
“Amma onlar buna nail ola bilməyəcəklər”, – deyə iranlı diplomat fikrini yekunlaşdırıb.
Mənbə: IRIB
www.102info.az