Yaponiyanın qərb və mərkəzi hissəsində yaşayan əhaliyə “Mavar” tayfununun yaxınlaşması səbəbi ilə xəbərdarlıq edilib.
Hökumətinin aidiyyəti qurumları Ayti, Vakayama, Qifu, Osaka, Siqa, Sidzuoka və Tokusima prefekturalarının bir sıra rayonlarının sakinlərinə qasırğa ilə əlaqədar təlimat göndəriblər.
Bildirilir ki, yuxarıda adları qeyd olunan ərazilərdə torpaq sürüşməsi və çayların məcrasından çıxıb ciddi fəsadlar törətmək riski var.
Qasırğa təhlükəsi 250 min adamın həyatına birbaşa təhlükə törədə bilər.
Qeyd olunur ki, “Mavar” bu il Sakit okeanda meydana gələn ikinci tayfundur. Qasırğa Yaponiyanın Sakit okean sahilləri boyunca şərqə doğru irəliləməyə davam edir.
Mənbə: NHK
www.102info.az