Rusiyanın beynəlxalq maliyyə ehtiyatları “əriyir”

Dünya


Rusiya Federasiyasının beynəlxalq maliyyə ehtiyatları ötən həftə ərzində 3 milyard dollar azalaraq 586,3 milyard dollar təşkil edib.

Bu barədə Rusiya Bankı məlumat yayıb.

“Beynəlxalq ehtiyatların həcmi yenidən qiymətləndirmə, habelə fiskal qayda çərçivəsində həyata keçirilən əməliyyatlar nəticəsində bir həftə ərzində 3 milyard ABŞ dolları və ya 0,5% azalaraq mayın 26-na 586,3 milyard ABŞ dolları təşkil edib.”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ukraynada hərbi münaqişəyə başlamazdan öncə 2022-ci ilin yanvar ayına olan məlumata əsasən Rusiyanın ehtiyatları 640 milyard dollara yaxın idi.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir