Ukrayna pivə zavodu Böyük Britaniyanın keçmiş baş naziri Boris Consona həsr olunmuş “JohnsonUK” adlı tünd pivə istehsal edib.
Məlumata görə, Lvovun “Pravda” şirkətinin məhsulu 66 qrivnaya (təxminən 1,79 dollara) satılır.
Qeyd edək ki, pivədən əlavə Ukraynada keçmiş baş nazirin şərəfinə kruasan da hazırlanır. Burada həmçinin Boris Consonun adını daşıyan küçə var.
Mənbə: gazeta.ru
www.102info.az