Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistanın Ukrayna ərazisindəki münaqişəyə münasibətində müəyyən nüanslar var.
Bu sözlərlə o, Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Kiyevlə qarşıdurmada Moskvanın müttəfiqi olmadığı barədə açıqlamasına münasibət bildirib.
Peskov bu bəyanatı ciddi adlandırıb və Kremlin bunu nəzərə aldığını əlavə edib.
O, vurğulayıb ki, Rusiya Ermənistanla konseptual müttəfiqlik münasibətlərini inkişaf etdirməyə davam edir.
Xatırladaq ki, ötən gün Paşinyan Ermənistanın Ukrayna münaqişəsində Rusiyanın müttəfiqi olmadığını bəyan edib.
Mənbə: gazeta.ru
www.102info.az