Meksikada dərədə azı 45 torba insan qalığı tapıldı – FOTO/VİDEO

Dünya


Meksikanın Xalisko əyalətindəki dərədə azı 45 torbada insan qalıqları aşkar edilib.

Dəhşətli tapıntıya hüquq-mühafizə orqanları itkin düşən iki qadın və səkkiz kişinin axtarışları zamanı rast gəlinib.

Polisin məlumatına görə, qurbanlar zəng mərkəzində işləyiblər. Bu mərkəzin “Jalisco New Generation” narkotik kartelinə bağlı olduğu ehtimal edilir.

Ölənlərin yaxınları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə razılaşmırlar. Onlar hesab edirlər ki, polislər onların yaxınlarını cinayətkar kimi təqdim etmək istəyirlər.

Mənbə: NEWS.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir