“Ukraynada münaqişə bölgəsində demilitarizasiya zonası yaradılsın və orada BMT-nin sülhməramlı qüvvələri yerləşdirilsin”.
Belə bir təkliflə İndoneziyanın müdafiə naziri Prabovo Subianto Sinqapurda keçirilən “Şanqri-La dialoq” təhlükəsizlik konfransı zamanı çıxış edib.
Subianto ilk növbədə hər iki tərəfdən atəşin dayandırılmasını təklif edib.
“İkincisi, hər iki tərəf yeni demilitarizasiya zonasının yaradılması üçün hazırkı mövqelərindən 15 km geri çəkilsin”, – deyə nazir qeyd edib.
Prabovo Subiantonun sözlərinə görə, bu zonaya beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməlidir. Həmçinin o əlavə edib ki, sakinlərin böyük qisminin iradəsinin obyektiv şəkildə öyrənilməsi üçün BMT mübahisəli ərazilərdə referendum keçirməlidir.
Mənbə: Gazeta.ru
www.102info.az