Nikol Paşinyan Türkiyənin paytaxtı Ankarada – VİDEO

Dünya


Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gəlib.

N.Paşinyanı Türkiyə səfərində parlamentin vitse-spikeri, Ankara ilə münasibətlərin normallaşdırılması prosesində İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Ermənistanın Baş nazirini hava limanında Türkiyənin Ermənistanla dialoq üzrə xüsusi nümayəndəsi Serdar Kılıç qarşılayıb.

Mənbə: Sputnik Ermənistan

www.102info.az