Kilian Mbappe “Real Madrid”ə keçmədiyi üçün Peresdən üzr istədi

Dünya


PSJ-nin futbolçusu Kilian Mbappe keçən yay kluba keçməkdən imtina etdiyi üçün “Real Madrid”in prezidenti Florentino Peresdən üzr istəyib.

İspaniyalı funksionerin üzrxahlığı qəbul etdiyi qeyd edilir.

“Real Madrid” Mbappeni bu yay transfer etməyi planlaşdırır. Fransalı forvard “kral klubu” üçün prioritet hədəfdir.

Mbappenin PSJ ilə müqaviləsi 2023/24 mövsümünün sonuna qədərdir və onu daha bir il uzatmaq imkanı var. Lakin məlumata görə, 24 yaşlı oyunçu bundan istifadə etməyi düşünmür.

Kilian Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 42 oyun keçirib, 40 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Relevo

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir