Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2023-cü ilin sonunadək Azərbaycanla sülh sazişinin imzalanmasını mümkün sayır.
“Ermənistanla Azərbaycan arasında çox intensiv danışıqlar aparılır. Əgər bu intensivlik davam edərsə və beynəlxalq ictimaiyyətdən güclü yardım olarsa, o zaman ilin sonuna kimi sülh sazişi imzalamaq imkanı yaranır. Biz mümkün qədər tez saziş imzalamaqda qərarlıyıq”, – Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.
Onun sözlərinə görə, İrəvan iyunun 1-də Kişineuda Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşünü müsbət qiymətləndirir.
“Bu, sülh gündəmini irəli aparmaq üçün yaxşı fürsətdir. Beynəlxalq ictimaiyyətin bu gündəmə yardımı çox vacibdir”, – Qriqoryan bildirib.
www.102info.az