Vuçiç hər gün 200-dən çox birbaşa ölüm təhdidi almasından danışdı

Dünya


Serbiya Prezidenti Aleksandar Vuçiç hər gün 200 dəfədən çox ölümlə hədələndiyini bildirib.

Dövlət başçısı bu barədə Polis Günü münasibətilə keçirilən mərasimdə çıxış edərkən danışıb.

Onun sözlərinə görə, respublika prezidenti vəsifəsindən irəli gələrək buna dözməyə məcburdur.

Prezident qeyd edib ki, artıq buna öyrəşib.

“Mən respublikanın prezidentiyəm, mənim işim ölüm təhdidlərinə, hətta bu cür açıq təhdidlərə də dözməkdir”, – Vuçiç deyib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir