OPEC+ ölkələri 2024-cü il üçün hasilatın səviyyəsi ilə bağlı razılığa gəliblər – YENİLƏNİB

Dünya


OPEC+ ölkələri 2024-cü il üçün neft hasilatının səviyyəsini sutkada 40,46 milyon barel həcmində saxlamağı razılaşdırıblar.

“OPEC-ə üzv ölkələr və qeyri-OPEC ölkələri üçün ümumi xam neft hasilatının səviyyəsi 2024-cü il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək sutkada 40,46 milyon barelə çatdırılacaq”, – deyə təşkilatdan yayılan bəyanatda bildirilir.

İlkin hesablamalara görə, OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barel azaldacaq.

20:50

Vyanada OPEC+ nazirlərinin monitorinq iclasının başlaması azı 5 saat yubanıb. Artıq bir neçə dəfə görüşün başlama vaxtı rəsmi olaraq təxirə salınıb.

OPEK katibliyinin jurnalistlərə göndərdiyi son məlumatlara görə, nazirlərin toplantısı Bakı vaxtı ilə saat 14:00-da başlamalı idi.

Monitorinq komitəsinə daxil olan ölkələrin bütün nümayəndələri OPEK-in Vyanadakı katibliyinin binasına çoxdan gəliblər. Sonuncu gələn Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman olub.

Məlumata görə, OPEC+ dörd saatlıq qeyri-rəsmi danışıqlardan sonra hasilatın azaldılması və baza hasilat səviyyəsi ilə bağlı fikir ayrılıqlarını hələ də həll etdə bilməyib.

Eyni zamanda, bir neçə nazir OPEK binasını erkən tərk edib. Bunlar Anqolanın neft, qaz və mineral ehtiyatlar naziri Diamontino Azevedo, Qabonun neft naziri Vincent de Paul Massassa, eləcə də Liviyanın neft naziri Məhəmməd Aundur.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir