PSJ-nin baş məşqçisi postuna daha bir namizəd

Dünya


PSJ Luis Enrikeni baş məşqçi təyin etməkdə maraqlıdır.

Kristof Qaltyenin rəhbərlik etdiyi Fransa klubu bu mövsüm Liqa 1-in qalibi olsa da, Çempionlar Liqasında və Fransa Kubokunda nəticə əldə edə bilməyib.

Odur ki, mütəxəssis mövsümlərarası fasilədə PSJ-nin baş məşqçi postunu tərk edə bilər.

Klubun qətərli sahibləri Luis Enrikeni ideal namizəd kimi görürlər. Məlumata görə, artıq ispaniyalı ilə danışıqlara başlanılıb.

Qeyd olunur ki, daha əvvəl İspaniya millisini və “Barselona”nı çalışdırmış Enrike Joze Mourinyo (“Roma”) və Tyaqo Mottadan (“Bolonya”) daha yüksək reytinqə malikdir. Onun namizədliyi klubdakı hər kəs tərəfindən bəyənilir.

Mənbə: sports.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir