Stoltenberq Ərdoğanı İsveçlə Türkiyə arasında görüşə razı salıb

Dünya


İsveç Türkiyənin üçtərəfli memorandum çərçivəsində tələblərini yerinə yetirib və NATO-ya üzv olmaq hüququna malikdir.

Bunu bazar günü NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Stoltenberq qeyd edib ki, Prezident Ərdoğanla bugünkü danışıqlarda İsveçlə Daimi Müştərək Mexanizmin növbəti görüşünün iyunun 12-də keçirilməsi ilə bağlı razılığa gəlib.

Eyni zamanda o bildirib ki, Türkiyənin NATO-nun Vilnüs sammitinə qədər İsveçin ərizəsini ratifikasiya etməyə hələ də imkanı var.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir