Hindistanda yüzlərlə insanın ölümü ilə nəticələnən qəzanın səbəbi açıqlandı – YENİLƏNİB

Dünya


Hindistan Dəmir Yollarının sözçüsü 300-ə yaxın insanın ölümü ilə nəticələnən qəzanın səbəbini açıqlayıb.

Dəmiryolunun rəisi Caya Verma Sinha bildirib ki, ilkin araşdırmalara görə, qəzanın əsas səbəbi elektron siqnalizasiya sistemindəki nasazlıq olub. Təfərrüatlı araşdırma səhvin insan və ya texniki mənşəli olduğunu göstərəcək.

Qeyd edək ki, elektron siqnalizasiya sistemi qatarlar arasında ziddiyyətli hərəkətlərin qarşısını almaq üçün nəzərdə tutulmuş təhlükəsizlik mexanizmidir. O, həmçinin maşinistlərə növbəti qatara nə qədər yaxın olduqlarını, onların nə qədər sürətlə gedə biləcəyini və yolda stasionar qatarların olub-olmadığını bildirən siqnalların vəziyyətinə nəzarət edir.

10:07

Hindistanın Odişa ştatında qatarların toqquşması nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb, 1 000-dən çox yaralı var.

Bu barədə “Hindustan Times” Cənub-Şərqi Dəmiryolunun ictimaiyyətlə əlaqələr üzrə direktoru Aditya Kumar Çoudxariyə istinadən yazır.

“Hindistanda baş verən ən dəhşətli qəzalardan birində azı 294 nəfər ölüb, 1000-dən çox insan yaralanıb”, – o deyib.

Nəşrin məlumatına görə, hadisənin baş verdiyi Balasor şəhərinin xəstəxanalarında sıxlıq müşahidə olunur. Xəstəxanaya yerləşdirilən yüzə yaxın insanın səhhətinin vəziyyəti ağır qiymətləndirilir.

Hindistan Dəmir Yolları Nazirliyi bildirib ki, artıq hadisə yerində bərpa işləri aparılır.

Balasor şəhəri yaxınlığında dəmir yolu qəzası iyunun 2-də axşam baş verib. İlkin məlumata görə, üç qatarın iştirakı ilə baş verən qəzaya səbəb sərnişin ekspress qatarının bir neçə vaqonunun relsdən çıxması olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir