Rusiyada tələbə hərbi komissarlığın binasına hücum edib

Dünya


Rusiyanın Çelyabinsk vilayətində hərbi komissarlığı yandırmağa cəhd edən 17 yaşlı kollec tələbəsi saxlanılıb.

O, gecə saatlarında Aşa şəhərinin Hərbi Komissarlığının binasına “Molotov kokteyli” atıb.

Məlumatda qeyd olunub ki, hərbi komissarlığın binası Rusiya qvardiyasının üç əməkdaşı tərəfindən mühafizə olunsa da, tələbəni hadisə yerində saxlamaq mümkün olmayıb.

O, hüquq mühafizə orqanlarının apardığı axtarış nəticəsində bir neçə saat sonra saxlanılaraq istintaqa təhvil verilib.

Dindirmə zamanı gənc törətdiyi əməli Rusiya ordusunun Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlara etiraz əlaməti olaraq törətdiyini söyləyib.

Mənbə: “Baza”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir