Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, son iki gündə Rusiya Ordusunun Xarkov, Xerson və Donetsk vilayətinə ardıcıl hücumları müşahidə olunur.
Qeyd edilib ki, Donetsk vilayətinin Toretsk şəhərində vəziyyət gərgindir:
“Son üç gündür, Rusiya Ordusu şəhərə raket zərbələri endirir. İnsanların giriş-çıxışı da ağır döyüşlər səbəbindən çətinləşib”.
O da bildirilib ki, şəhərdə yaşayan mühasirədə qalanlar arasında azərbaycanlılar da var. “Toretskdə yaşayan azərbaycanlıların əksəriyyəti gərginlik artana qədər oradan çıxsa da, bir qismi müxtəlif səbəblərdən şəhəri tərk edə bilməyib”, – deyə jurnalist qeyd edib.
Ətraflı videonu təqdim edirik:
www.102info.az