Əfqanıstanda qadın paltarında qaçmağa çalışan İŞİD liderlərindən biri saxlanılıb

Dünya


Əfqanıstanın Ləğman vilayətinin Əlinqar rayonunda İŞİD terror təşkilatının “Hüzeyfə” ləqəbli liderlərindən biri saxlanılıb.

Qeyd olunur ki, o, İŞİD-in Nəngərhar vilayətində təsis etdiyi “əxlaq polisi”nə rəhbərlik edib.

Terrorçu qadın paltarı geyinərək “Taliban” döyüşçülərinin təqibindən yaxa qurtarmağa çalışıb.

Onun saxlanılarkən çəkilmiş fotosunu “Taliban”a yaxın mətbuat orqanları yayıblar.

Mənbə: Sputnik Əfqanıstan

www.102info.az