Bakıda keçirilən taekvondo üzrə dünya çempionatını rekord sayda insan izləyib.
Dünya taekvondosunun rəsmi saytının yaydığı məlumata görə “TikTok” sosial şəbəkəsində ümumilikdə 1,6 milyon nəfər yarışa canlı baxıb.
Bundan başqa, sözügedən sosial şəbəkədə 21,7 milyon insan #Baku2023wtc heşteqi ilə paylaşım edib.
Qeyd edək ki, 7 gün davam edən dünya çempionatında 144 ölkədən 1000-ə yaxın idmançı yarışıb. Azərbaycan təmsilçiləri turniri medalsız başa vurublar.
www.102info.az