Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb.
Bu barədə yerli nəşrin mənbələri məlumat verib.
Bildirilir ki, Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları iyunun 5-də səhər tezdən “mümkün çevrilişin iştirakçıları”nın kütləvi şəkildə saxlanmasını həyata keçirib.
Qeyd olunur ki, bir qrup şəxs hakimiyyəti zorla ələ keçirməyi planlaşdırıb. Saxlanılanların kimliyi hələlik açıqlanmayıb.
Mənbə: 24.kg
www.102info.az