“Philip Morris International” (PMI) şirkətin icraçı direktoru Yaçek Olçak hesab edir ki, siqaretə qadağa üçün son tarix təyin etmək və daha az təhlükəli alternativlərə keçmək lazımdır.
Bu barədə o, “Daily Mail” qəzetinə müsahibəsində bildirib.
“Böyük Britaniya hökuməti avtomobil sənayesini tənzimləməkdən ötrü müəyyən zamanlarda benzinlə işləyən avtomobillərin istehsalına qadağa qoymuşdu. Eyni şeyi tütün sənayesində də etmək olar”, – Olçak bildirib.
Özü də iyirmi ildən çox siqaret çəkən, lakin pis vərdişindən əl çəkməyi bacaran korporasiya rəhbəri hesab edir ki, siqaretin indiki yeri muzeydir.
Olçak deyib ki, hökumətlər daha az zərərli tütün məhsullarına doğru irəliləyən tütün şirkətlərini dəstəkləyə bilər. O, həmçinin iddia edir ki, “daha az zərərli alternativlərə çıxışı məhdudlaşdırmaq və bu cür məhsullar haqqında dezinformasiya yaymaq yalnız siqaret problemini daha da gücləndirir”. O, tütün alternativlərinə uğurlu keçid nümunələri kimi İsveç və Yaponiyanı göstərib.
www.102info.az