Priqojindən ağlasığmaz ehtimal: Rusiya öz ərazisinə nüvə silahı ilə zərbə endirə bilər

Dünya


“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin bildirib ki, Rusiya öz ərazisinə nüvə silahı ilə zərbə endirə bilər.

O, Rusiyanın bunu düşməni məhv etmək əməliyyatı adı altında edə biləcəyini qeyd edib.

Priqojin yeni təbliğat müsahibəsində hazırkı durumun belə bir zərbəyə hazırlığa çox bənzədiyini vurğulayıb.

Onun fikrincə, Rusiyanın Belqorod vilayətinin taktiki nüvə silahı ilə vurulması kəndlərdən birində düşmənin məhv edilməsi əməliyyatı kimi maskalana bilər.

Bununla belə, o, Müdafiə Nazirliyinin səhlənkarlığına işarə edərək, Rusiya nüvə silahının qüsursuzluğuna şübhə edir.

Mənbə: UNİAN

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir