“Real Madrid”in və PSJ-nin sabiq müdafiəçisi Serxio Ramos “Tottenhem”in hücumçusu Harri Keynə Madrid klubuna keçməyi tövsiyə edib.
“Harri Keyn? İstənilən futbolçuya məsləhətim odur ki, “Real Madrid”də oynamaq fürsətini əldən verməsin. Bu, qələbə qazanmağı bacaran xüsusi klubdur”, – deyə Ramos söyləyib.
“Real Madrid” bu yay İngiltərə millisinin üzvünü heyətinə qatmaq istəyir.
Keyn bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mənbə: Mirror
www.102info.az