Rusiya ordusu Ukraynada Kaxovka SES-in bəndini partladıb, selin nəzarətsiz axını başlayıb – FOTO/VİDEO

Dünya


İyunun 6-da Rusiya ordusu Xerson vilayətində Kaxovka Su Elektrik Stansiyasını (SES) partladıb.

Bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı xəbər verib.

Bildirilir ki, hazırda dağıntıların miqyası, suyun sürəti və həcmi, daşqınların ehtimal olunan əraziləri dəqiqləşdirilir.

Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin əhaliyə təcili müraciət edib və suyun səviyyəsinin beş saat ərzində kritik həddə çatacağını bildirib.

“Rusiya ordusu daha bir terror aktı törədib – Kaxovka SES-i partladıb. Beş saatdan sonra su kritik həddə çatacaq, təhlükəli ərazilərdən sakinlərin təxliyəsinə başlanılıb”, – deyə o bildirib.

Prokudin sakinlərdən sənədləri, zəruri əşyaları toplamağı və evakuasiya avtobuslarını gözləməyi xahiş edib.

Qeyd edək ki, Kaxovka su anbarı Dneprdəki su anbarları kaskadının alt və sonuncu (altıncı) pilləsidir. Xerson vilayətində, Novaya Kaxovka şəhəri yaxınlığında yerləşir.

Kaxovka SES partlayışdan əvvəl

Mənbə: UNİAN

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir