Finlandiya Rusiya səfirliyinin əməkdaşlarını ölkədən qovur

Dünya


Finlandiya Rusiya səfirliyinin doqquz əməkdaşını ölkədən çıxarmağa hazırlaşır.

Bu barədə Finlandiya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda həmçinin qeyd olunur ki, Finlandiya tərəfi onları kəşfiyyat fəaliyyətində ittiham edir.

“Onların hərəkətləri diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına ziddir. Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiya səfirini məlumatlandırır”, – Helsinkinin yaydığı məlumatda qeyd olunur.

Mənbə: Um.fi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir