UEFA Konfrans Liqasının qalibi müəyyənləşib.
Finalda “Fiorentina”ya 2:1 hesabı ilə qalib gələn “Vest Hem” kubokun sahibi olub.
Çexiyanın paytaxtı Praqada keçirilən qarşılaşmada 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Səid Benrahma London təmsilçisini önə keçirib.
67-ci dəqiqədə Florensiya təmsilçisindən Cakomo Bonaventura tarazlığı bərpa edib 1:1.
90-cı dəqiqədə Carrod Bouen yenidən londonluları önə çıxarıb – 2:1.
22:44
Bu gün Konfrans Liqasının final oyununda üz-üzə gələcək İtaliyanın “Fiorentina” və İngiltərənin “Vest Hem” klublarının start heyətləri açıqlanıb.
UEFA-nın rəsmi saytında verilən məlumata görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Fiorentina”: 1. Pyetro Terraççano, 2. Dodo, 3. Kristiano Biragi, 4. Nikola Milenkoviç, 5. Cakomo Bonaventura, 7. Luka Yoviç, 16. Luka Ranyeri, 22. Nikolas Qonsales, 34. Sofyan Amrabat, 38. Rolando Mandraqora, 99. Kristian Kouame
Baş məşqçi: Vinçentso İtaliano
“Vest Hem”: 13. Alfons Areola, 4. Kurt Zuma, 5. Vladimir Tsoufal, 9. Maykl Antonio, 11. Lukas Paketa, 20. Carrod Bouen, 22. Səid Benrahma, 27. Nayef Aquerd, 28. Tomaş Souçek, 33. Emerson, 41. Deklan Rays
Baş məşqçi: Devid Moyes
Qeyd edək ki, Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
www.102info.az