“Moskva Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın Rusiya ilə çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğuna dair bəyanatlarını rəhbər tutur”.
Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ənənəvi brifinq zamanı News.ru-nun sualını cavablandırarkən deyib.
“Biz bu niyyəti alqışlayırıq və müsbət ikitərəfli kursun həyata keçirilməsinə töhfə verəcəyik”, – Zaxarova bildirib.
Diplomat Türkiyə XİN-in yeni başçısının Rusiyaya səfəri məsələsinə də toxunub. Zaxarova dəqiq tarix üçün Ankaraya müraciət etməyi daha məqsədəuyğun hesab etdiyini vurğulayıb.
www.102info.az