Sistan və Bəlucistanda bank kartı olmayan vətəndaşlar çörək ala bilmirlər – VİDEO

Dünya


İranın Sistan və Bəlucistan əyalətində şəxsiyyət vəsiqəsi və bank kartı olmayan vətəndaşlar çörək ala bilmirlər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, çörək almaq üçün ödəniş POS-terminal vasitəsilə həyata keçirilir, bank kartı olmayanlar isə nağd pul ödəyib çörək ala bilmirlər.

Şəxsiyyət vəsiqəsi olmayan insanlara gəlincə isə, Sistan və Bəlucistan əyalətində belə sakinlərin sayı qeyri-rəsmi mənbələrə görə, 500 min nəfərə yaxındır.

Bu insanlar, həmçinin tibbi sığorta xidmətlərindən, habelə subsidiya almaq, bank hesabı açmaq kimi hər cür dövlət xidmətlərindən məhrumdurlar. Onlar övladlarını məktəbə göndərə, özləri də işə düzələ bilmirlər.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir