Ana Birçall: “Azərbaycanın yardımı ilə ötən qış Avropa təbii qaz təchizatı sahəsində təhlükəni dəf edə bildi”

Dünya


“Avropa İttifaqı (Aİ) ölkələri ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq tərəfdaşlıq münasibətlərinin əsas istiqamətlərindən biridir”.

“Report” xəbər verir ki, bunu Rumıniyanın baş nazirinin keçmiş müavini Ana Birçall Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın yardımı sayəsində ötən qış Avropa təbii qaz təchizatı məsələsində təhlükəni dəf edə bildi.

A.Birçall mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən bugünkü tədbirin əhəmiyyətini vurğulayıb.

“Əminəm ki, Prezident İlham Əliyev təkcə Şuşanın deyil, bütün Qarabağı örnək regiona çevirəcək”, – A.Birçall əlavə edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir