Daha bir ulduz futbolçunun Səudiyyə Ərəbistanına transferi dəqiqləşib.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Çelsi”dən ayrılan Nqolo Kante karyerasını Asiya ölkəsində davam etdirəcək.
Fransalı futbolçu “Əl-İttihad”la anlaşıb. 32 yaşlı yarımmüdafiəçi daha bir mövsüm artırma variantı olan ikiillik müqavilə imzalayıb. Kante hər mövsüm üçün 100 milyon avro qazanacaq.
Qeyd edək ki, daha əvvəl “Real Madrid”dən ayrılan Kərim Benzemanın “Əl-İttihad”a keçidi rəsmiləşib. Qışda isə Kriştianu Ronaldu “Ən-Nəsr”ə keçib.
www.102info.az