Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Kaxovka Su Elektrik Stansiyasının partladılması Xersonla yanaşı, Ukraynanın digər cənub vilayətlərində də kritik vəziyyət yaradıb.
“Dnepr çayının sağ və sol sahillərində 90-a yaxın yaşayış məntəqəsi su altında qalıb. 3 mindən çox insan, 100-dən çox ev heyvanı ərazidən təxliyə olunub”, – deyə jurnalist əlavə edib.
Qeyd edilib ki, Kaxovka Su Elektrik Stansiyasının partladılmasının Nikolayev, Xerson, Zaporojye, həmçinin işğal altında olan Krımda ciddi quraqlıq və susuzluğa səbəb olacağı gözlənilir.
Ətraflı videonu təqdim edirik:
www.102info.az