“Spokoynoy noçi, malışi”nin yaradıcısı 98 yaşında vəfat edib

Dünya


“Spokoynoy noçi, malışi!”(“Gecəniz xeyrə qalsın, uşaqlar!”) adlı uşaq proqramının yaradıcılarından biri Vladimir Meyerzon 98 yaşında vəfat edib.

Qeyd olunur ki, ssenaristin səhhəti ölümündən bir neçə gün əvvəl qəfil pisləyib.

“Vladimir Meyerzon 98 yaşında, Moskva şəhərində yerləşən evində təbii ölüm nəticəsində vəfat edib”, – deyə məlumatda qeyd olunub.

Məlumat üçün əlavə edək ki, Vladimir Meyerzon II Dünya müharibəsi iştirakçısıdır.  O, 16 yaşında könüllü şəkildə orduya yazılıb. Döyüşlərdə dörd dəfə yaralanmasına və kontuziya almasına baxmayaraq, müharibənin sonuna qədər ön cəbhədə xidmət edib.

Mənbə:İzvestiya

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir