Mourinyo ərəb puluna aldanmadı

Dünya


İtaliyanın “Roma” klubunun baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanından aldığı təklifi geri çevirib.

İtalyan insayder Nikolo Skiranın yaydığı məlumata görə, Asiya ölkəsinin klublarından biri ona yüksək ödənişli təklif edib. Ancaq Mourinyo hələ bir mövsüm də İtaliyada qalmaq istədiyini bildirib.

Portuqaliyalı mütəxəssis hazırda “Roma”nın heyətini gücləndirmək planı üzərində işləyir.

Mourinyo 2021-ci ildən “Roma”nı çalışdırır. Onun rəhbərliyi altında komanda ötən il Konfrans Liqasının qalibi olub, 2022/23 mövsümündə isə Avropa Liqasının finalına yüksəlib və penaltilər seriyasında “Sevilya”ya uduzub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir