Bu gün UEFA Avropa Konfrans Liqasında 2022/23 mövsümünə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, final oyununda İtaliyanın “Fiorentina” və İngiltərənin “Vest Hem” klubları üz-üzə gələcəklər. Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qarşılaşmanı ispaniyalı hakim Karlos Del Serro idarə edəcək.
Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliyanın “Roma” klubu olub.
UEFA Konfrans Liqası
Final
7 iyun
23:00. “Fiorentina” (İtaliya) – “Vest Hem” (İngiltərə)
Baş hakim: Karlos Del Serro (İspaniya)
Praqa, “Eden Arena”
www.102info.az