“Microsoft” uşaqların şəxsi məlumatlarını topladığına görə 20 milyon dollar cərimələnib

Dünya


ABŞ Federal Ticarət Komissiyası yetkinlik yaşına çatmayanların məlumatlarını qeyri-qanuni şəkildə topladığına görə “Microsoft”u 20 milyon dollar cərimələyib.

Araşdırma zamanı müəyyən olub ki, “Xbox” oyun hesabını yaradarkən, proqram uşaqların şəxsi məlumatlarını toplayıb.

Beləliklə daxil edilmiş məlumatlar avtomatik olaraq “Microsoft”un serverlərinə göndərilib və orada illərlə saxlanılıb.

Öz növbəsində “Microsoft”un aşkarlanan problemi texniki xəta kimi qiymətləndirib.

Şirkət əmin edir ki, yetkinlik yaşına çatmayanların məlumatları hansısa kənar vasitələr üçün istifadə edilməyib.

Mənbə: The Verge

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir