Yaponiyanın Şizuoka prefekturasının 200 mindən çox sakini təxliyə tövsiyəsi alıb.
Hakimiyyət orqanları tərəfindən verilən xəbərdarlıq ilk növbədə Hamamatsu şəhərinə aiddir. Bölgəyə yağan güclü yağışlardan sonra torpaq su ilə yuyulduğu üçün sürüşmə riski artıb. Bundan əlavə, yaxın günlərdə burada da leysan yağışları gözlənilir ki, bu da vəziyyəti daha da təhlükəli edəcək.
Eyni zamanda, sinoptiklər gələn həftəsonu Okinavada qasırğa olacağı, gələn həftə Yaponiyanın Honsyu adası sahilləri boyunca şimal-şərqə doğru hərəkət edəcəyini proqnozlaşdırırlar.
Mənbə: TASS
www.102info.az