Ermənistan Hava Yolları İrəvan-İstanbul-İrəvan birbaşa reysini açır.
Aviaşirkətdən verilən məlumata görə, ilk reys iyunun 30-da baş tutacaq və biletlərin satışı artıq başlayıb. Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Ermənistanın Mülki Aviasiya Komitəsi bəyan edib ki, Ermənistan Hava Yollarının bu uçuşuna icazə müəyyən edilmiş prosedurlara uyğun olaraq verilib.
  www.102info.az
www.102info.az


 
						 
						