Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılmasından sonra Xerson vilayətində su basan yaşayış məntəqələrinin sayı 100-ə çatıb.
“Vəziyyət çox ağırdır. Biz hadisələrin bu cür gedişatına hazır deyildik. Bu ekoloji faciə təkcə yaşadığımız Xerson regionuna deyil, həm də qonşu vilayətlərə təsirsiz ötüşməyəcək”, – deyə Xerson sakini Vladislav İvanov qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:
www.102info.az