Əfqanıstanın Bədəxşan əyalətinin Feyzabad şəhərində partlayış baş verib.
Nəticədə 15 nəfər həlak olub, 50-yə yaxın insan yaralanıb.
Hadisə əyalət qubernatorunun müavini Nisar Əhmədin “Nəbəvi” məscidində yas mərasimi zamanı baş verib. O, iyunun 6-da minalanmış avtomobilin partlaması nəticəsində həlak olub.
Yeni partlayışın qurbanları arasında “Taliban” hərəkatının təhlükəsizlik xidmətinin rəhbəri Səfiullah Yaftalı, “Nəbəvi” məscidinin imamı Kari Ehsanullah və bir neçə tanınmış el ağsaqqalı var.
6 iyun terroruna görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Mənbə: İnterfaks
www.102info.az