Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılması nəticəsində su altında qalan ərazilərə səfər edib.
Bu barədə məlumat Ukrayna Prezidentinin rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.
Ukrayna Prezidenti daşqının nəticələrinin aradan qaldırılması ilə bağlı müşavirə keçirib, müvafiq göstərişlərini verib.
Daha sonra V.Zelenski daşqından zərər çəkmiş xəstələrlə və təxliyə edilmiş xersonlularla görüşüb.
www.102info.az