Xersonda sakinlər xilas edilməyi gözləyirlər – VİDEO

Dünya


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılmasından sonra Xerson vilayətində su basan yaşayış məntəqələrinin sayı 100-ə çatıb.

“Xerson şəhərində suyun səviyyəsi dünənkinə nisbətdə 2 metr artıb. Bildirilir ki, vəziyyətin belə davam edəcəyi təqdirdə şəhər tamamilə su altında qala bilər”, – deyə jurnalist əlavə edib.

O da bildirilib ki, vilayətin subasmaya məruz qalmış bəzi qəsəbə və kəndləri ilə əlaqə kəsilib. Həmin ərazilərdə sakinlər köməksiz vəziyyətdə qalıblar.

Ətraflı videonu təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir