Son 24 saat ərzində Ukrayna ordusunun üçüncü hücum briqadası Baxmut istiqamətində 2 kvadrat kilometrdən çox ərazini işğalçılardan azad edib.
Söhbət cəbhə xətti boyu 1,8 km, cəbhənin 1,2 km dərinliyində olan ərazidən gedir.
Hücum nəticəsində Rusiya Federasiyasının 57-ci briqadasının bölmələri və “Fırtına Z” məhbuslar dəstəsi əhəmiyyətli itkilər verib. Məlumata görə, azı 30 nəfər həlak olub, 40 nəfər yaralanıb. Həmçinin, Rusiya qoşunlarının döyüş sursatı, texnikası, tankları və artilleriya anbarları da məhv edilib.
Bildirilir ki, hücum sayəsində işğalçılar Severski Donets – Donbass kanalından arxaya çəkiliblər. Hazırda Orexovo-Vasilevka və Berxovka yaxınlığında da şiddətli döyüşlər gedir.
Mənbə: rbc.ua
www.102info.az