“Qalatasaray” hücumçusu Bafetimbi Qomislə yollarını ayırıb.
İstanbul təmsilçisi 38 yaşlı hücumçu ilə müddəti başa çatan müqaviləni yeniləməyib. Klub “Twitter” hesabındakı paylaşımla forvarda təşəkkür edib.
Qeyd edək ki, 2022-ci ildə “Qalatasaray”a qayıdan Bafetimbi Qomis 2017/2018 və başa çatan mövsümdə komanda ilə Türkiyə çempionu olub.
www.102info.az