NATO Baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ilə müharibədə məğlub olacağı təqdirdə Şimali Atlantika Alyansına qoşulması ehtimalını dəyərləndirib.
O, bu barədə Brüsseldə keçirilən forumda bəhs edib.
Stoltenberq bildirib ki, hadisələr Ukraynanın məğlubiyyəti ilə nəticələnərsə, o zaman NATO-ya (Şimali Atlantika Alyansı) qoşulmanın bir anlamı qalmayacaq.
“Əgər Ukrayna Avropada müstəqil suveren demokratik dövlət kimi mövcud olmaq imkanı əldə etməyəcəksə, ümumiyyətlə, onun üzvlüyünün müzakirəsi üçün bir səbəb olmayacaq”, – deyə Yens Stoltenberq qeyd edib və Kiyevə dəstək üçün birlik nümayiş etdirməyə çağırıb.
Mənbə: Lenta.ru
www.102info.az