ABŞ-nin Nyu-York ştatının bir milyon sakininə pulsuz tibbi maska paylanılacaq.
Buna səbəb Kanadada meşə yanğınları nəticəsində havanın keyfiyyətinin kəskin şəkildə pisləşməsidir.
Nyu-Yorkun qubernatoru ştatdakı son vəziyyəti ekologiya sahəsində böhran adlandırıb.
O, əlavə edib ki, Nyu-Yorkda ictimai nəqliyyat dayanacaqlarında və qatar stansiyalarında 400 min tibbi maskanın paylanması planlaşdırılır.
“Qalan 600 min maska isə ştatın digər şəhərlərinə paylanacaq”, – deyə qubernator Katlin Hokul bildirib.
Mənbə: İzvestiya
www.102info.az