İbrahimoviç birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqladı

Dünya


“Milan”ın və İsveç millisinin keçmiş futbolçusu Zlatan İbrahimoviç bir yerdə oynadığı oyunçulardan ibarət simvolik komanda formalaşdırıb.

41 yaşlı veteran forvard heyətə özünü də daxil edib.

Zlatan İbrahimoviçin rəmzi 11-liyi belədir:

Qapıçı: Canluici Buffon (“Yuventus”)

Müdafiəçilər: Lilian Türam (“Yuventus”), Alessandro Nesta (“Milan”), Tyaqo Silva (“Milan”, PSJ), Maksvell (“İnter”, “Barselona”, ​​PSJ)

Yarımmüdafiəçilər: Xavi (“Barselona”), Patrik Vyera (“Yuventus”, “İnter”), Pavel Nedved (“Yuventus”), Ronaldinyo (“Milan”)

Hücumçular: Lionel Messi (“Barselona”), Zlatan İbrahimoviç.

Qeyd edək ki, İbrahimoviç “Milan”dan başqa, İspaniyanın “Barselona”, İtaliyanın “Yuventus” və “İnter”, Fransanın PSJ, İngiltərənin “Mançester Yunayted” və ABŞ-nin “Los Angeles Qalaksi” komandalarında da çıxışları ilə tanınır.

Mənbə: Barca Universal

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir