Futzal üzrə Niderland millisinin baş məşqçisi Migel Andres Moreno final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunun püşkü barədə danışıb.
İspaniyalı mütəxəssis Azərbaycan millisinin də yer aldığı qrupda favorit olmadıqlarını söyləyib:
“Güclü komandalarla qarşılaşacağıq. Aydındır ki, biz qrupda favorit deyilik. Bunu əvvəl də bilirdik. Çünki yarışın bu mərhələsində yalnız yüksək səviyyəli yığmalara rast gələ bilərsən. Belə turnirlərdən çox şey öyrənməli və komanda olaraq daha da inkişaf etməliyik. Lakin şanslarımız var. Çünki bütün komandalar xalsız başlayırlar”.
Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Niderlandla yanaşı Qazaxıstan və Rumıniya yığmaları ilə də qarşılaşacaq.
Mənbə: haaglandenvoetbal.nl
www.102info.az