Trampa qarşı ittiham irəli sürüldü: 20 il müddətinə həbs edilə bilər

Dünya


ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı 38 maddə üzrə ittiham irəli sürülüb.

Bu barədə ABŞ Ədliyyə Nazirliyi açıqlama verib.

Eks-prezident digər məsələlərlə yanaşı məxfi sənədlərlə düzgün davranmamaqda və ədalət mühakiməsinə maneçilik törətməkdə ittiham olunur.

Sənədə əsasən, Donald Trampa qarşı irəli sürülən ittihamlar 20 ilə qədər həbs cəzasını nəzərdə tutur.

İstintaq Trampı növbəti çərşənbə axşamı Mayami məhkəməsinə çağırıb.

Donald Tramp isə özünü təqsirli bilməyib və indiki lider Co Baydenin evində 1850 qutu məxfi material tapıldığını xatırladıb.

Mənbə: MK.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir