Ukrayna hərbçiləri cəbhədə hücum və müdafiə əməliyyatları aparır. Qoşun komandirləri müsbət əhval-ruhiyyədədirlər.
Bunu Kiyevdə mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, əks-hücum əməliyyatları davam edir, lakin onların hansı mərhələdə olduğunu söyləməyəcək.
“Putinin bizim əks-hücumumuzla bağlı dedikləri maraqlıdır. Fikrimcə, Rusiya hiss edir ki, vaxtına az qalıb. Ukraynada əks-hücum və müdafiə tədbirləri keçirilir. Hansı mərhələdə, mən bunun təfərrüatını deməyəcəyəm”, – dövlət başçısı bəyan edib.
Zelenski qeyd edib ki, Ukrayna hərbçilərinin əks-hücumunu hər kəs hiss edəcək. O, həmçinin, vurğulayıb ki, bu və ya digər “Telegram” kanalına, xüsusən də Rusiya prezidentinə etibar etmək olmaz.
Mənbə: rbc.ua
www.102info.az